Barrot Fələstin dövlətini tanımaqda “qərarlı olduqlarını” bildirib

Tarix: 15:16 06.06.2025
Fransa xarici işlər naziri Jan-Noel Barrot Fələstin dövlətinin tanınması ilə bağlı "Biz bunu etməkdə qərarlıyıq" ,-deyib.
Barrot RTL-də qatıldığı proqramda Fələstinlə bağlı qiymətləndirmələr edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) iyunun 17-20-də Nyu-Yorkda həmsədrliyi ilə keçiriləcək Fələstin konfransında Fransa və Səudiyyə Ərəbistanının "Fələstin dövlətinin tanınması qarşısındakı maneələri aradan qaldırmaq üçün" öhdəliklər götürəcəyini bildirən Barrot, bu dövlətin tanınmasının da simvolik olmadığını qeyd edib.
Barrot Fələstin dövlətinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi tanınması ilə bağlı Fransanın "xüsusi məsuliyyəti" olduğunu vurğulayaraq, "Əgər Fələstin dövlətini tanısaq, bu, bir şeyi dəyişdirmək və Fələstin dövlətinin varlığını daha etibarlı etmək olacaq" ,-deyib.
Digər tərəfdən, Barrot iyun ayında keçiriləcək konfransda Fələstin dövlətinin tanınması ilə bağlı qərarın qəbul edilib-edilməyəcəyini açıq şəkildə ifadə etməyib və bunun baş verməsi üçün Fransa hökumətinin müəyyən şərtlərinin olduğunu bir daha vurğulayıb.
Barrot bu şərtləri HƏMAS məhbuslarının azad edilərək tərksilah edilməsi, onların Fələstin administrasiyasından kənarlaşdırılması, işğal rejiminin tanınması və Fələstin Muxtariyyətində islahatların aparılması kimi sadalayıb.
TRT XƏBƏR
Fatimə Şahverdiyeva