ABŞ Şimali Koreyanı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb

Bölmə: Dünya › ,
Tarix: 15:20 06.06.2025

 

ABŞ Dövlət Departamenti bəyan edib ki, Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi və bu dəstək müqabilində Moskvanın verdiyi yardım dayandırılmalıdır.

Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott gündəlik mətbuat brifinqində danışıb.

 

Piqott "Şimali Koreyanın müharibədə birbaşa iştirakı, Şimali Koreyanın Rusiyaya qoşun göndərməsi və bunun müqabilində Rusiyanın Şimali Koreyaya verdiyi hər hansı dəstəyin sona çatması ilə bağlı narahatlıqlarımız davam edir", -deyib

 

Daha əvvəl dəfələrlə Şimali Koreya və Rusiya ilə bağlı açıqlamalar verdiklərini xatırladan Piqott, “Daha əvvəl də dediyimiz kimi, Şimali Koreya kimi Rusiya-Ukrayna müharibəsinə töhfə verən üçüncü ölkələr bu müharibənin məsuliyyətini daşıyır” ,-deyib.

 

Şimali Koreya lideri Kim Çen In iyunun 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.

 

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti bildirib ki, tərəflər beynəlxalq məsələləri, eləcə də Rusiya və Şimali Koreya arasında ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

 

Səfərdən sonra Kim dünən Ukrayna müharibəsi də daxil olmaqla, bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcəyini bildirib.

 

TRT XƏBƏR

Fatimə Şahverdiyeva