Kolumbiyada prezidentliyə namizəd güllələnib

Tarix: 11:01 08.06.2025
Kolumbiyanın Demokratik Mərkəz Partiyasından prezidentliyə namizəd olan senator Migel Uribe Turbay paytaxt Boqotanın qərbində keçirilən seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıb.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə “El Tempo” nəşri məlumat yayıb.
Məlumata görə, senator Məqalədə senator çıxış edən zaman iki silahlı şəxs onu arxadan güllələyib. Altı güllədən ikisi siyasətçinin başına dəyib. Turbay ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini stabilləşdirə biliblər.
Faktla bağlı bir yeniyetmə şübhəli şəxs qismində saxlanılıb.