Tramp və Mask yalandan mübahisə edib-İDDİA

Tarix: 16:33 08.06.2025
ABŞ Prezidenti Donald Tramp və milyarder İlon Mask Ukraynanı "Starlink" süni peyk sistemindən ayırmaq üçün yalandan mübahisə ediblər.
“İnformator.az” xəbər verir ki, bu barədə" Strategic Culture" nəşri yazır.
Məqalə müəllifləri bildiriblər ki, Ağ Evlə əlaqələrin kəsilməsi Maska Ukraynanın "Starlink"dən istifadə etməsini dayandırmağa imkan verir.
Bildirilir ki, Tramp bu yolla Ukrayna Prezidenti Volodimir Zelenskini sülh razılaşmalarına sövq etməyə çalışa bilər.
Qeyd edək ki, Trampla Mask arasında münaqişə bu həftə baş verib. İyunun 3-də "Tesla"nin təsisçisi ölkə liderinin federal xərclərin azaldılması ilə bağlı qanun layihəsini tənqid edib.
Bir neçə gün sonra Tramp Maskdan məyus olduğunu deyərək tənqidlərlə çıxış edib.