İsrail Suriyaya zərbə endirib

Tarix: 15:01 08.06.2025
İsrail ordusu Suriya ərazisinə zərbə endirib.
"İnformator.az"ın xəbərinə görə, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, zərbə Suriyanın cənubundakı Məzrət Beyt-Cin yaşayış məntəqəsinin ətraf ərazilərinə endirilib. Zərbənin hədəfində HƏMAS hərəkatının üzvü olub, lakin onun adı açıqlanmır.