Alimlər təhlükəli virus tapdılar: Pandemiya olacaqmı?

Bölmə: Dünya › ,
Tarix: 19:38 08.06.2025

Amerikalı elm adamları yeni bir koronavirus, HKU5-CoV-2 aşkarlayıb. 

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Nature Communications" jurnalı məlumat yayıb.


Məlumata görə, bu, ölümcül MERS-CoV virusu ilə eyni ailəyə aiddir:

 

"Bu, iki donqarlı dəvələrdən insanlara keçən zoonoz patogendir və yoluxmuşların üçdə birini öldürən ağır tənəffüs xəstəliklərinə səbəb olur. HKU5-CoV-2 virusu 2025-ci ilin fevral ayının sonunda aşkar edilib. Alimlər dərhal bunun insanlar üçün potensial təhlükəli olduğunu bəyan etdilər. Bununla belə, yeni virusun effektivliyi COVİD-19-dan xeyli aşağıdır".