Ərdoğan Şəriflə nə danışıb?

Tarix: 16:51 08.06.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefonla danışıb.
“İnformator.az” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Danışıq zamanı Türkiyə ilə Pakistan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Türkiyə ilə Pakistan arasındakı qədim dostluğun və möhkəm həmrəyliyin atılan addımlarla daha da gücləndiyini bildirib.