Əgər Rusiya gündə 25 "Oreşnik" istehsal etsəydi... -Kovalenko

Tarix: 10:28 09.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən “Hörümçək” əməliyyatından sonra bir çox rus təbliğatçıları Kiyevə cavab zərbəsi endirməyə, xüsusən də “Oreşnik” raketindən istifadəyə çağırıblar.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.
"Ancaq çətin ki, Moskva belə bir hücumu həyata keçirə bilsin. 2024-cü il noyabrın 21-də "Oreşnik"lərin Dneprdə endirdiyi zərbədən sonra Rusiya artıq bu raketdən istifadə etməyib. Bundan sonra bir sıra KİV-lər Rusiyanın hər ay 25 belə raket istehsal etdiyi barədə məlumatlar yaymağa başlayıb. Əgər Rusiya həqiqətən də hər ay 25 "Oreşnik" istehsal etsəydi, 2025-ci ilin iyununda bu raketlərdən ən azı 150-nə sahib olardı. Bu, hətta düşmənin arsenalında olan X-47M2 "Xəncər" sayından da çoxdur. Rusiyanın aeroballistik raketlərdən daha çox qitələrarası orta mənzilli raketlərə sahib olması ehtimalı azdır".