Nigeriyada 27 qeyri-qanuni neft emalı zavodu bağlanıb

Tarix: 13:31 09.06.2025
Afrikanın neft və təbii qazla zəngin ölkəsi olan Nigeriyada, qaçaq xam neftin qeyri-qanuni şəkildə emal olunduğu 27 zavod bağlanıb.
Nigeriya Ordusunun İctimai Əlaqələr İdarəsinin müvəqqəti müdiri Danjuma Jonah Danjuma yazılı açıqlamasında bildirib ki, ordu son iki həftə ərzində ölkənin neft bölgəsi olan Niger Deltasında neft qaçaqmalçılarına qarşı əməliyyatlar keçirib.
Danjuma əməliyyatlar zamanı 27 qeyri-qanuni neft emalı zavodunun bağlandığını, təxminən 161 min litr neft məhsulunun müsadirə olunduğunu və 43 neft qaçaqmalçısının saxlanıldığını qeyd edib.
Nigeriyalı senator Ned Nwoko bildirib ki, 2023-cü ildə neft oğurluqları və boru kəmərlərinə edilən hücumlar səbəbilə ölkə iqtisadiyyatına 3 milyard dollardan çox ziyan dəyib.
37 milyard barel neft ehtiyatı
Nigeriyanın təsbit edilən 37 milyard barel neft ehtiyatı dünyadakı ümumi ehtiyatların 3,1 faizini təşkil edir.
Xam neft istehsalına görə dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya, dünyada ən çox neft ehtiyatına sahib 8-ci ölkədir və neft ixracında 6-cı yerdə qərarlaşıb.
Neft yataqlarının yerləşdiyi Delta bölgəsində neft sahələrinə qarşı diversiyalar, toqquşmalar və adam oğurluğu halları baş verir.
Mənbə: TRT HABER
Solmaz Muradova