Qaxda dəhşətli qəza baş verib

Bölmə: Hadisə › ,
Tarix: 11:01 09.06.2025

Qax rayonunun Güllük kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

 

"İnformator.az" Oxu.az-a istinadla xəbər verir ki, VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə "Hunday", daha sonra isə "Honda" markalı avtomobilə çırpılıb.

 

Nəticədə VAZ-2106-nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov, sərnişinləri 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı Qalib İsmayılov, eləcə də "Honda"da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıblar.