Şeinbaum ABŞ-nin miqrasiya reydlərini tənqid edib

Bölmə: Dünya › ,
Tarix: 11:02 09.06.2025

 

Meksika Prezidenti Klaudia Şeinbaum ABŞ-də son miqrasiya reydlərini və Los Ancelesdə Milli Qvardiyanın yerləşdirilməsini kəskin şəkildə tənqid edib. O, problemin güc yolu ilə deyil, dialoq və hərtərəfli islahatlar vasitəsilə həll olunmasının vacibliyini vurğulayıb.

 

ABŞ-də həyata keçirilən federal reydlər Los Anceles şəhərində etirazlara səbəb olub. Miqrasiya orqanları tərəfindən miqrasiya qanunvericiliyini pozmaqda şübhəli bilinən ən azı 44 nəfər saxlanılıb.

 

Prezident Şeinbaum bildirib ki, bu cür tədbirlər əvəzinə, ABŞ və Meksika arasında qarşılıqlı anlaşmaya əsaslanan islahatlar aparılmalıdır. O, zorakı tədbirlərin problemin köklü həllinə xidmət etmədiyini qeyd edib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp qeyri-qanuni miqrantların rekord sayda deportasiyasını və ABŞ-Meksika sərhədində nəzarətin daha da gücləndirilməsini hədəflədiyini bəyan edib. Tramp administrasiyası tərəfindən gündə 3,000 nəfərin saxlanılması planlaşdırılır.

 

Los Ancelesdə etiraz aksiyaları üçüncü gününə keçərkən, şəhərə Milli Qvardiyanın yerləşdirilməsinə başlanılıb. Bu isə nümayişçilərlə polis arasında qarşıdurmaların yaranmasına səbəb olub.

 

ANEWZ

Gülhüseynova Güllər