Rubio rusları təbrik edib

Tarix: 11:04 12.06.2025
ABŞ Dövlət katibi Marko Rubio Rusiya vətəndaşlarını 12 İyun - Rusiya Günü münasibətilə təbrik edib.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Rubio Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün Moskva ilə konstruktiv əməkdaşlıq etmək istəyini də bəyan edib:
“Amerika xalqı adından rusları Rusiya Günü münasibətilə təbrik etmək istərdim. ABŞ daha parlaq gələcək üçün istəklərini həyata keçirməyə davam edən rusları dəstəkləməyə sadiqdir. Biz də bu fürsətdən istifadə edərək, ABŞ-nin Rusiya və Ukrayna arasında davamlı sülhü təmin etmək üçün Moskva ilə konstruktiv əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyirik. Ümid edirik ki, sülh ölkələrimiz arasında qarşılıqlı faydalı münasibətlərin möhkəmlənməsinə töhfə verəcəkdir”.