Tramp: İran cavab versə, İsraili müdafiə edəcəyik

Tarix: 11:26 13.06.2025
ABŞ Prezidenti Tramp İsrailin axşam saatlarında İrana genişmiqyaslı hava hücumu təşkil etməsindən sonra açıqlama verib. "İsrailin hücumu barədə əvvəlcədən bilirdim. İranın nüvə bombası ola bilməz və biz danışıqlar masasına qayıtmağa ümid edirik. Rəhbərlik komandasında bir neçə nəfər var ki, onlar geri qayıtmayacaqlar.
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalının baş siyasi aparıcısı Bret Baierə deyib ki, o, İsrailin İrana hücum edəcəyini əvvəlcədən bilirdi. Tramp, "İsrailin hücumunu əvvəlcədən bilirdim. İranın nüvə bombası ola bilməz və biz danışıqlar masasına qayıtmağa ümid edirik.
Rəhbərlikdə bir neçə nəfər var ki, onlar geri qayıtmayacaq (ölənlər)." Donald Tramp İsrail İrana hücum etməzdən əvvəl Vaşinqtonda açıqlamalar verib. İsrailin İrana mümkün hücumu ilə bağlı Tramp, "Mən bunun dərhal baş verəcəyini söyləmək istəmirəm, amma görünür, bu, çox yaxşı baş verə bilər",- deyib.
CNN Türk
Əminə Əliyeva