BMT Baş Assambleyası atəşkəs haqqında qanun layihəsini 149 səslə təsdiqləyib

Tarix: 11:18 13.06.2025
BMT Baş Assambleyası Qəzzada dərhal atəşkəs tələb edən və humanitar yardımların sərhədlərdən keçməsinə icazə verən qanun layihəsini 12 əleyhinə 149 səslə təsdiqləyib.
Digər tərəfdən xatırlanacağı kimi Qəzzada atəşkəs tələb edən qanun layihəsinə ABŞ HƏMAS-ı pisləmədiyi səbəbiylə veto qoymuşdu. Baş Assambleyanın zalında İspaniyanın başçılıq etdiyi və Türkiyənin də daxil olduğu bir çox ölkənin ev sahibliyi etdiyi Qəzzada dərhal atəşkəs tələb edən qanun layihəsi səsə qoyulub.
Mənbə: A Haber
Çimnaz Telmanqızı