Qəzzaya hücumlar nəticəsində 42 fələstinli həlak olub

Tarix: 15:32 12.06.2025
İsrail ordusunun bu gün səhərdən Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hücumlarda 42 fələstinli həlak olub, 200-dən çox insan yaralanıb.
Səhiyyə mənbələrinə görə, ölənlərin 30-u yardım gözləyən mülki şəxslərdir. Hücumların əksəriyyəti ABŞ-nin rəhbərlik etdiyi qondarma humanitar yardım mərkəzlərinin ətrafında baş verib.
Qəzza şəhərinin şimal-qərbindəki Şifa xəstəxanası yaxınlığında 5 nəfər, Nusayrat Qaçqınlar Düşərgəsində isə 13 nəfər ölüb, 200 nəfər yaralanıb. Han Yunusda və Rəfahda baş verən hücumlarda isə ümumilikdə 24 nəfər həyatını itirib.
Fələstin Telekommunikasiya Agentliyi Qəzzada internet və telefon rabitəsinin tamamilə kəsildiyini, Qızıl Aypara Cəmiyyəti isə rabitə pozuntuları səbəbilə yardım koordinasiyasında çətinliklər yaşandığını açıqlayıb.
TRT Haber
Mahmudlu Ləman