Azərbaycan və Avstriya arasında Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

Bölmə: Siyasət › ,
Tarix: 16:57 12.06.2025

Vyanada Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 11-ci iclası keçirilib.

 

“İnformator.az” xəbər verir ki, Qarışıq Komissiyanın Avstriya Respublikası tərəfindən həmsədri, bu ölkənin İqtisadiyyat, Enerji və Turizm üzrə Federal Nazirliyinin İqtisadi məsələlər, innovasiyalar və beynəlxalq siyasət departamentinin baş direktoru Florian Frauşer Azərbaycan nümayəndə heyətini salamlayaraq bildirib ki, Azərbaycan və Avstriya inkişaf edən iqtisadi və mədəni əlaqələrə malik ölkələrdir və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial mövcuddur.

 

İclasda Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib.