Kaliforniya qubernatoru vəziyyətə nəzarəti itirib
.jpg)
Tarix: 17:08 12.06.2025
ABŞ-nin hazırkı prezidenti Donald Tramp Los-Ancelesdə baş verən kütləvi iğtişaşlarla bağlı açıqlama verərək Kaliforniya ştatının qubernatoru Qavin Nyusomu sərt şəkildə tənqid edib. O bildirib ki, qubernator vəziyyətə tam nəzarəti itirib.
Bu barədə Trampın Truth Social sosial şəbəkəsindəki paylaşımına istinadla məlumat yayılıb:
“Qubernator Qavin Nyusom vəziyyətə tamamilə nəzarəti itirib. O, artıq öz səhvlərini və səriştəsizliyini ört-basdır etməyə çalışmaq əvəzinə, bizim onu bu vəziyyətdən çıxardığımıza görə minnətdar olmalıdır”, – deyə Tramp bildirib.
Prezident, həmçinin, iğtişaşların qarşısını almaqda göstərdikləri dəstəyə görə Milli Qvardiya və Dəniz Piyadalarına təşəkkür edib. Onun sözlərinə görə, bu dəstək olmasaydı, Los-Ancelesdə cinayətkarlığın illərdir görünməyən səviyyədə artması ehtimalı daha çox olardı.
Mənbə: Caliber
Aytən Ağazadə