ABŞ və ya İsrailin istənilən təcavüzünə sürətli və gözlənilməz cavab veriləcək -İran

Bölmə: Dünya › ,
Tarix: 21:07 12.06.2025

İran bəyan edib ki, ölkəyə qarşı istənilən hücum halında ABŞ və İsrailə “sürətli və gözlənilməz” şəkildə cavab veriləcək.

 

İranın ingilis dilli dövlət televiziyası Press TV-yə danışan və adı açıqlanmayan yüksək səviyyəli təhlükəsizlik rəsmisi bildirib ki, İran hərbi hücum təhdidlərinə qarşı “ən yüksək hərbi hazırlıq səviyyəsindədir”.

 

İsrail və ABŞ-yə qarşı "sürətli və gözlənilməz" cavab veriləcəyini vurğulayan İran rəsmisi deyib:

 

“İran hazırda ən yüksək səviyyədə hərbi hazırlıqdadır. Əgər ABŞ və ya sionist rejim (İsrail) hər hansı təcavüzkar bir addım atarsa, buna hazır olmadan yaxalanacaq”.

 

Rəsminin sözlərinə görə, ABŞ-nin bölgədəki fəaliyyəti, İranın hücum halında regional maraqları və bazaları hədəf alacağına dair xəbərdarlıqlarına qarşı müdafiə məqsədli bir reaksiya kimi qiymətləndirilə bilər.

 

“Amerikalıların atdığı addımlar İranı təhdid etmək məqsədi daşımır, əksinə, İranın ABŞ maraqlarına yönəlik hədələrinə bir cavabdır”, – deyə o bildirib.

 

 

İran və ABŞ arasında danışıqlar davam etdiyi bir vaxtda, bölgədə təcavüzkar siyasətini davam etdirən İsrail, İranın nüvə obyektlərinə hücum edəcəyi ilə bağlı təhdidlər səsləndirir.

 

ABŞ Prezidenti Donald Tramp dünənki çıxışında bildirib ki, bölgə təhlükəli bir yerə çevrilə bilər. Bu səbəbdən administrasiya Orta Şərqdəki bəzi ərazilərdən öz heyətini geri çəkmək qərarına gəlib.

 

 

TRT Xəbər 

Nuray Əliyeva