İsrail Təbrizə yeni hücuma keçib

Tarix: 19:54 13.06.2025
İsrailin İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərinə yeni hücuma keçdiyi bildirilib.
İran mətbuatının məlumatına görə, Təbrizdə partlayış səsləri eşidilib.
Partlayışların İsrailin hücumları nəticəsində baş verdiyi və Təbriz hava limanı ətrafının hədəfə alındığı bildirilib.
İsrail səhər saatlarında İranın paytaxtı Tehran, Təbrizə, İsfahandakı Natanz nüvə obyektinə, Luristan və Kirmanşah şəhərlərinə hücum edib.
Hücumlarda İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun komandanı, general-mayor Hüseyn Səlami və 6 nüvə alimi də daxil olmaqla yüksək rütbəli hərbçi həlak olub.
İsrailin Tehrandakı hücumlarında mülki yaşayış məntəqələrinin də vurulduğu, aralarında qadın və uşaqların da olduğu çoxlu mülki vətəndaşın həyatını itirdiyi bildirilib.
TRT XƏBƏR
Fatimə Şahverdiyeva