Hindistana aid təyyarə qəzasının səbəbləri ilə bağlı yeni versiya açıqlanıb

Bölmə: Dünya › ,
Tarix: 22:19 12.06.2025

Hindistanın qərbində qəzaya uğrayan Air India Boeing 787 Dreamliner təyyarəsi təxminən 125.000 litr yanacaqla doldurulub.

 

"İnformator.az" "Telerqaf"a istinadənxəbər verir ki, bu barədə jurnalistlərə qəza yerinə gələn Hindistanın daxili işlər naziri Amit Şah məlumat verib.

 

O bildirib ki, qəza zamanı heç kəsin xilas şansı olmayıb. 

 

Nazir deyib: “Təyyarənin göyərtəsində demək olar ki, 125 min litr yanacaq olub və yüksək temperatur səbəbindən baş verən yanğın nəticəsində heç kimi xilas etmək şansı olmayıb”. 


Bununla belə, daxili işlər naziri qəzaya uğrayan təyyarənin bir sərnişininin sağ qaldığını təsdiqləyib.