ABŞ 500 mindən çox miqrantın yaşayış icazəsini ləğv edəcək

Bölmə: Dünya › ,
Tarix: 22:21 12.06.2025

ABŞ Daxili Təhlükəsizlik Departamenti yüz minlərlə miqrantın ölkədə yaşamaq və işləmək icazələrini ləğv edəcək.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 

Məlumata görə, miqrantlara ölkəni tərk etmələri barədə məlumat veriləcək.


Kuba, Haiti, Nikaraqua və Venesuela vətəndaşları keçmiş prezident Co Bayden administrasiyasının başlatdığı humanitar proqram çərçivəsində ABŞ-yə daxil olublar. Ümumilikdə, CHNV kimi tanınan proqram çərçivəsində 530 mindən çox insan ABŞ-yə axın edib.