İrandan İsrailə doğru 100-ə yaxın PUA hücuma keçib

Bölmə: Dünya › ,
Tarix: 10:50 13.06.2025

İran son bir neçə saat ərzində İsrailə 100-dən çox PUA ilə hücuma keçib.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Israil ordusunun briqada generalı Effi Defrin məlumat yayıb.

 

Onun sözlərinə görə, İsrail ordusu PUA-ları vurmaq üçün iş aparır.

 

PUA-ların İsrailə iki saata çatacağı bildirilir.

İsrail ordusundan bildirilib ki, Hərbi Hava Qüvvələri İsraildən kənarda, Yaxın Şərq səmasında İran PUA-larını vurmağa başlayıb.