Air India təyyarəsinin qəzaya uğramasının qurbanları kimlərdir?

Bölmə: Dünya › ,
Tarix: 22:36 13.06.2025

 

Cümə axşamı Hindistanın qərbində havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan London Gatwick hava limanına uçan Air India reysinin göyərtəsində olanlardan biri istisna olmaqla, hamısı ölüb, aviaşirkət təsdiq edib.

 

Boeing 787-8 Dreamliner-in göyərtəsində 242 sərnişin və ekipaj üzvləri, o cümlədən 169 Hindistan, 53 Britaniya, yeddi Portuqaliya və bir Kanada vətəndaşı olub.

 

Yüksək səviyyəli səhiyyə rəsmisi BBC-yə bildirib ki, təyyarənin düşdüyü Əhmədabadın yaşayış massivində yaşayan dörd tibb tələbəsi də daxil olmaqla ən azı səkkiz yerli sakin də ölüb.

 

BBC

Nəzrin Məmmədova