Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə əlavə reyslər təyin edilib

Tarix: 11:51 13.06.2025
Azərbaycan Dəmir Yolları QSC tələbatı ödəmək təmin etmək məqsədilə iyunun 16-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edib.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə QSC məlumat yayıb.
"Biletləri dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqindən bilet əldə edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.