İsrail İranın hərbi texnikalarını belə vurub

Tarix: 12:14 13.06.2025
İsrail Müdafiə Qüvvələri İranın qərbində nüvə obyektlərinə zərbələr endirməzdən əvvəl hava hücumundan müdafiə hədəflərinin vurulmasının görüntülərini yayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyunda səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.