İsrail İrana hücumu bir neçə il ərzində hazırlayıb...

Tarix: 12:43 13.06.2025
İsrail İrana hücumu bir neçə il ərzində hazırlayıb və yüksək rütbəli hərbi məmurlar və alimlər haqqında ətraflı dosyelər toplayıb.
"İnformator.az" xəbər verir ki, bunu İsrailin təhlükəsizlik qüvvələrindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, səhər saatlarında İrana qarşı həyata keçirilən "Yüksələn şir" əməliyyatı İsrail ordusu, MOSSAD və İsrailin müdafiə sənayesi arasında sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib.
İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.