Kremldən İsrailin İrana hücumuna -Reaksiya

Tarix: 12:48 13.06.2025
"Rusiya İsrail və İran arasında gərginliyin kəskin artmasından narahatdır".
"İnformator.az" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya gərginliyin kəskin artmasından narahatdır və pisləyir. Rusiya Prezidenti Vladimir Putin İsraillə İran arasında baş verənlərlə bağlı məlumatları onlayn alır”, - o bildirib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.