İsrailin İrana hücumlarında ölən yüksək səviyyəli komandirlər kimlərdir?

Tarix: 17:41 13.06.2025
İsrail iyunun 13-ü cümə günü İranın nüvə proqramını hədəf alan hücumlara başlayıb və nəticədə ölkənin üç yüksək səviyyəli komandiri həlak olub.
İranın Baş Qərargah rəisi Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami və ölkənin hərbi əməliyyat qərarlarının qəbul edildiyi və koordinasiya edildiyi Hatəm əl-Ənbiya qərargahının komandiri Qulam Əli Rəşid öldürülüb. Bu adlarla yanaşı, ölkənin nüvə potensialının inkişafı sahəsində çalışan aparıcı alimlər də hədəfə alınıb.
Mənbə: BBC News Türkçe
Zəhra Möhübbətova