"Qarabağ mübahisəli yox, öyrədici dərsdir"

Tarix: 18:43 13.06.2025
Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin RT-yə verdiyi müsahibədə Qarabağı “mübahisəli ərazi” adlandırması və Ukrayna ilə müqayisəsi tənqidlərə səbəb olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, “Qarabağ heç vaxt mübahisəli ərazi olmayıb” və bu, beynəlxalq hüquqla, BMT-nin 1993-cü il qətnamələri və digər təşkilatların sənədləri ilə təsdiqlənib.
Məqalədə qeyd olunur ki, Medinski tarixə təhriflərlə yanaşması və elmi dəyəri şübhə doğuran doktorluq işi ilə tanınır. O, əvvəllər plagiat və ideoloji manipulyasiyalarda ittiham olunub. Yazının müəllifi vurğulayır ki, Medinskinin çıxışı Rusiya diplomatiyasının rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir və onun dedikləri imperiya düşüncəsinin qalığı kimi dəyərləndirilir. Azərbaycanın Qarabağda ərazi bütövlüyünü bərpa etdiyi və beynəlxalq hüquqa uyğun hərəkət etdiyi bildirilir. Müəllif, Medinskiyə tarixdən uzaq durmağı və xarici siyasətə zərər verən ritorikadan çəkinməyi tövsiyə edir.
Caliber
Billurə Quliyeva