Ərdoğandan İsrailə reaksiya

Bölmə: Dünya › ,
Tarix: 18:53 13.06.2025

Prezident Rəcəb Tayyib Ərdoğan iyunun 13-də X postunda İsrailin hücumlarının “beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribat” olduğunu şərh edib.

 

Ərdoğan bildirdi ki, Netanyahu administrasiyası düşünmədən, təcavüzkar və qanunsuz hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə çalışır:

 

“Beynəlxalq ictimaiyyət indi qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna son qoymalıdır. Bütün bölgəmizi alovlandıran Netanyahunun və onun qırğın şəbəkəsinin hücumlarının qarşısı mütləq alınmalıdır. Bu gün bir daha bildiririk ki, Yaxın Şərqdə daha çox qan, dağıntı və qarşıdurma görmək istəmirik”.

 

Prezident həmçinin hücumları "lənətlədiyini" bildirib və həyatını itirənlər adından İran xalqına başsağlığı verib. Xarici İşlər Nazirliyi öz bəyanatında bildirib ki, hücumlar beynəlxalq hüququ “açıq şəkildə pozur”.


BBC news

Aysel Mirzəyeva