Azərbaycanla məsləhətləşmələr aparırıq -Paşinyan

Bölmə: Dünya › ,
Tarix: 19:01 13.06.2025

Azərbaycanla sənədi razılaşdırılmış sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparırıq.

 

"İnformator.az" xəbər verir ki, bunu Praqada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan deyib.


"Bu il Azərbaycanla sülh sazişi ilə bağlı danışıqları müsbət nəticələrlə başa çatdırmağa müvəffəq olduq. Yəni bu layihə ikitərəfli əsasda razılaşdırılıb və indi sülh sazişini imzalamaq vaxtıdır”, - baş nazir qeyd edib.