Qatil Netanyahu Trampa təşəkkür edib

Tarix: 20:42 13.06.2025
İsrailin soyqırım siyasəti ilə gündəmdə olan Baş naziri Benyamin Netanyahu, İrana qarşı həyata keçirilən hava hücumlarından sonra sabiq ABŞ Prezidenti Donald Trampa təşəkkürünü bildirib və hücumların davam edəcəyinə dair mesaj verib.
Donald Tramp isə ilk açıqlamasında, İranla nüvə müzakirə prosesinin davam etdirilməsinə ümid etdiyini bildirərək, “İranın nüvə bombasına sahib olmasına icazə verə bilmərik. Danışıqlar masasına qayıtmağa ümid edirik. Baxarıq” – deyə bildirib.
Tramp, ehtiyac yaranacağı təqdirdə İsraili müdafiə edəcəklərini də vurğulayıb.
Digər tərəfdən, ABŞ Dövlət katibi Marko Rubio isə hücumlarla bağlı məsuliyyəti rədd edərək, ABŞ-nin nə hücumlarda iştirak etdiyini, nə də hər hansı dəstək verdiyini iddia edib. Rubio əlavə edib ki, Vaşinqtonun əsas prioriteti bölgədəki Amerika qüvvələrinin təhlükəsizliyini təmin etməkdir.
TRT haber
Mahmudlu Ləman