4 ölkəyə uçuşlar 16 iyuna qədər ləğv edilib

Tarix: 20:51 13.06.2025
Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, İsrailin İrana qarşı hücumları ilə bağlı görülən tədbirlər haqqında açıqlama verib.
Uraloğlu sosial media hesabında etdiyi paylaşımda bu məlumatlara yer verib:
"2025-ci il 13 iyun tarixində səhər tezdən İsrail tərəfindən İrana qarşı başladılan hava hücumları nəticəsində bölgədə təhlükəsizlik risklərinin artması səbəbilə İsrail, İran, Suriya və İraq hava məkanları müvəqqəti olaraq hava nəqliyyatına bağlanmışdır. Bu çərçivədə yayımlanan NOTAM-lar (aviasiya bildirişləri) daxilində İsrail hava məkanı, Tehran hava məkanı və Bağdad hava məkanı bağlı olacaqdır.
Baş verən hadisələrə uyğun olaraq, Mülki Aviasiya Baş İdarəmiz və əlaqədar hava yolu şirkətlərimiz tərəfindən zəruri tədbirlər görülmüş, riskli hava məkanlarından istifadə olunmaması üçün uçuş marşrutları yenidən planlaşdırılıb.
Sərnişin və heyət təhlükəsizliyi birinci dərəcəli olaraq qiymətləndirilir və bu prosesə dair böhran masası işlərini davam etdirir. Hal-hazırda risk altında olan heç bir sərnişin və ya personal yoxdur.
Başda Türk Hava Yolları olmaqla, əlaqədar hava yolu şirkətlərimiz 2025-ci il 16 iyun, bazar ertəsi gününə qədər İran, İraq, Suriya və İordaniyaya olan uçuşlarını ləğv edib”.
TRT Xəbər
Xəlilli Nigar