İranda internetə məhdudiyyətlər qoyulub

Tarix: 21:26 13.06.2025
İsrailin İrana hücumlarından sonra Rabitə Nazirliyi ölkə daxilində internetin məhdudlaşdırıldığını və vəziyyət normallaşdıqdan sonra məhdudiyyətlərin qaldırılacağını açıqlayıb.
İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən açıqlamaya görə, ölkədəki fövqəladə vəziyyətlə əlaqədar internetə məhdudiyyətlər qoyulub.
Məhdudiyyət qərarının ölkədəki xüsusi şərtlərlə əlaqədar verildiyi bildirilən açıqlamada vəziyyətin normallaşdığı zaman məhdudiyyətlərin aradan qaldırılacağı qeyd edilib.
İsrail İranın bir çox şəhərlərinə hücum edib.
İsrail səhər saatlarında İranın paytaxtı Tehran, Təbrizə, İsfahandakı Natanz Nüvə Müəssisəsinə, həmçinin Lorestan, Kirmanşah, Şiraz, Xuzistan və Qum şəhərlərinə hücum edib.
Natanzdakı nüvə obyektində heç bir sızma olmadığı bildirilib.
Hücumlarda İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Bakirı, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı general-mayor Hüseyn Səlami, Hatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı Qulaməli Rəşid, İnqilab Keşikçiləri Hava və Kosmik Qüvvələrinin komandanı general-mayor Əlirər və briqada generalı Əli Nücüzadə də daxil olmaqla yüksək rütbəli hərbi rəsmilər həyatını itirib.
İsrailin Tehrandakı hücumlarında mülki yaşayış məntəqələrinin də vurulduğu və aralarında qadın və uşaqların da olduğu çoxlu mülki vətəndaşın həyatını itirdiyi bildirilib.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli