BMT Qəzzada qeyd-şərtsiz atəşkəs tələb edən qətnamə qəbul edib

Tarix: 21:39 13.06.2025
Xəbər verilir ki, sənədi 149 ölkə, o cümlədən Azərbaycan dəstəkləyib, 12 ölkə əleyhinə səs verib, 19 nümayəndə heyəti isə bitərəf qalıb.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Qəzzada soyqırım siyasətinə son qoyulması məsələsi gündəmdədir.
"Qətnamədə Qəzzada soyqırım siyasətinə son qoyulması məsələsi gündəmdədir. Çünki İsrail dövləti faktiki olaraq terror siyasətini həyata keçirir və bu terror da kütləvi hal almağa başlayıb. Artıq on minlərlə insan qətlə yetirilib. Bu sözün əsl mənasında fiziki yolla etnik təmizlənmədir. Ona görə də bütün dünya artıq bu saat azad Fələstin- Free Palestine deyilən bir şüarı səsləndirir. Əlbəttə ki, İsrail bu məsələlərə məhəl qoymur. Çünki bu, dövlət səviyyəsində terror metodologiyasını həyata keçirən bir məmləkətdir. Onlara heç bir qayda qanun yazılmayıb və onlar bilərəkdən hər bir normaları pozurlar. Təbii ki, biz də zamanında gördük ki, Ermənistan ölkəmizə qarşı ağır cinayətlər, ölkə ərazilərini işğal etməsi, terror halları və s. həyata keçirdi. Nəticə olaraq 4 qətnaməmiz asılı vəziyyətdə qalıb.Faktiki olaraq, gördük ki, Dünya Birliyinin özünə məxsus qayda qanunu mövcuddur və bunlar təsbit olunub. Ancaq onlar qəbul olunduqdan sonra bu qətnamələri heç kəs icra etmir. Ermənistan da vaxtikən özünü yekəxana, saymaz şəkildə aparırdı. Belə bir şəraitdə elə vəziyyət yarandı ki, Azərbaycan öz gücü ilə BMT-nin təhlükəsizlik şurasının 4 qətnaməsinin tələblərini qüvvəyə mindirib.
İsrail dövləti də indi saymamazlıqla məşğuldur və Fələstin xalqına divan tutur.
Təbii ki, bu düzgün davranış deyil. Çünki BMT-nin qərarı ilə 1947-ci ildə İsrail dövləti yarandı, eyni zamanda da Fələstin dövləti yarandı. Amma İsrail bu zamana qədər o dövləti tanımaq istəmir. Baxmayaraq ki, 120-dən artıq məmləkət Fələstini dövlət kimi tanıyır. Çıxış yolu ondan ibarətdir ki,İsrailə qarşı artıq sanksiyalar tədbiq edilsin. İndi ara sıra bəzi ölkələr məsələn, Böyük Britaniya İsrailin kabinet üzvlərinin ikisinə, Ben-Gvirə və Smotriçə artıq sanksiyalar tətbiq edir.
Nəticədə onların hesabları bağlanılır və xaricə çıxmaq yaxud da digər məsələlərinin həlli müşkül olacaqdır. Bu yolla əlbəttə ki, İsraili sıxmaq olar. Digər tərəfdən də Beynəlxalq Məhkəmədə İsrailin Baş Naziri, Netanyahuya artıq həbs qəti imkan tədbiri orderi ilə ona qərar çıxarıb. Həqiqətən də bu hökumət azğınlıq edir və böyük bir xalqın haqqını tapdalayır. Ona görə də Fələstin dövləti yaranıb və o mövcud olmalıdır. Yəni, kağızda üzərində bu dövlət mövcuddur, amma reallıqda yoxdur. O reallığı da pozan, onu sıfırlayan İsraildir.
Qətnaməyə səs verən ölkələr Azərbaycan kimi dünya qanunvericiliyini bəyənən, onun qüvvəsinə inanan ölkələrdir. Əgər belə ölkələrin sayı artsa, həmin 12 nəfər əleyhinə səs verənlər də anlayacaqlar ki, düzgün yolda deyillər. Bu proseslərdə ABŞ İsraildən istifadə edir, Yəni, yaxın və orta şərqdə İsrailin sayəsində öz siyasətini həyata keçirirdi. Burada İsrailin funksiyası ABŞ-nin əmri ilə çalışmaqdır. İndiyə qədər də onun sözü ilə hərəkət edir. Neft ixracatını transmilli şirkətlər ərəb ölkələrindən həyata keçirirdi. Bunulada İsrail ABŞ-nin ehtiyaclarını qarşılayırdı. Düşünürəm ki, bu, polis dövlətinə bənzər bir məmləkətdir. Bizim ölkəmizlə münasibətlər mövcuddur, sadəcə biz alış-veriş məsələlərinə və s. ilə əlaqədə oluruq. Qeyd edək ki, lehinə səs verən ölkələr düzgün mövqedədirlər, tarixin işıqlı tərəfindədirlər və onlar başa düşürlər ki, dünya qayda-qanunlarla idarə olunmalıdır. Əleyhinə səs verənlər isə həqiqətən də dünya nizamını pozan, parçalayan dövlətlərdir. Təbii ki, onların sonu heç də yaxşı olmayacaqdır.
Azərbaycan bu qətnaməyə səs verməklə birinci olaraq, özünü nizamlı şəkildə aparan dövlət kimi təsdiqləyir, digər tərəfdən də göstərir ki, köhnə nizam hələ də aradan qaldırılmayıb. Əgər hər ölkə etik tərzdə hərəkət edərsə, dünya sağlam formada inkişaf edər və münaqişələrdən, müharibə və istilatlardan camiyyə ixilas olar. Deyə bilərik ki, böyük dövlətlər xüsusən də ABŞ,
Fransa, İngiltərə, Niderland və s. sözün əsl mənasında sui- istifadə edərək başqa xalqların haqqını tapdayırlar, onların payını mənimsəyirlər. COP-29-da xırda ölkələrin, ada məmləkətlərinin
xalqlarının səsi dünyaya çatdırıldı və biz bunu təsadüfən etmədik. Artıq özünü tanıyan millətlər, xalqlar öz müqəddəratlarını həll etmək istəyirlər. Amma nəhəng dövlətlər buna icazə vermirlər. Bu müstəmləkəçilik siyasətindən Dünya Birliyi bir dəfəlik xilas olmalıdır. Dövlətlər öz müqəddəratını həll etmək istəyirlərsə, onlar öz yollarını seçməlidirlər
və heç kəs onların seçiminə mane olmalı deyil. Odur ki, Azərbaycan bu qətnaməni imzalayaraq öz addımını atıb".
Səmayə Səftərova