İran Baş Qərargah Rəisliyi: Bu cinayətə veriləcək cavabın artıq sərhədi qalmayıb

Tarix: 22:08 13.06.2025
İran Baş Qərargah Rəisliyi bəyan edib ki, “İsrailin hücumları bütün qırmızı xətləri keçib və bu hücuma veriləcək cavab üçün artıq heç bir sərhəd tanınmayacaq”.
Baş Qərargahın yaydığı açıqlamada, İsrailin hücumlarında Baş Qərargah Rəisi general Məhəmməd Bakıri ilə yanaşı İnqilab Keşikçiləri Ordusunun baş komandanı general Hüseyn Səlami, general Qülam Əli Rəşid, elmi əməkdaşlar və aralarında qadınlar və uşaqların da olduğu mülki şəxslərin həyatını itirdiyi qeyd olunub.
Açıqlamada deyilir:
“Qüdsü işğal etmiş terror rejimi artıq bütün qırmızı xətləri keçmişkən, bu cinayətə veriləcək cavabın sərhədi qalmamışdır”.
İsrail İranda bir çox şəhərə hücum edib.
İsrail, sübh çağı İranın paytaxtı Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyektləri, eləcə də Luristan və Kirmanshah şəhərlərinə hücumlar təşkil edib.
Bu hücumlarda İran Baş Qərargah Rəisi general Məhəmməd Bakıri, İnqilab Keşikçiləri Ordusunun baş komandanı general Hüseyn Səlami də daxil olmaqla yüksək rütbəli hərbi rəhbərlər və 6 nüvə alimi həyatını itirib.
İsrailin Tehrandakı hücumlarında mülki yaşayış yerləri də hədəf alınıb və aralarında qadınlar və uşaqların da olduğu çox sayda mülki şəxsin həyatını itirdiyi bildirilib.
TRT HABER
Solmaz Muradova