1208-ci gün: Rusiyanın itkiləri yenilənib

Tarix: 12:56 15.06.2025
Ukrayna müharibənin 1208-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 003 860 hərbçi, 10 937 ədəd tank, 22 804 ədəd zirehli döyüş maşını, 29 190 ədəd artilleriya sistemi, 1 418 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 186 hava hücumundan müdafiə sistemi, 416 ədəd hərbi təyyarə, 337 ədəd helikopter, 52 017 ədəd avtomobil texnikası, 40 709 ədəd PUA, 3 337 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 915 xüsusi avadanlıq itirib.