Netanyahu: ABŞ İranın hücumlarının dəf edilməsində İsrailə kömək edir

Bölmə: Dünya › ,
Tarix: 22:08 15.06.2025

ABŞ İranın hücumlarının dəf edilməsində İsrail qüvvələrinə kömək edir.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu “Fox News”a müsahibəsi zamanı bildirib.

 

"Mən İsrailin müdafiəsinə kömək etmək qərarına görə ABŞ Prezidenti Donald Trampa dərin minnətdarlığımı bildirirəm”, - o, deyib.


"Amerikalı pilotlar, bizim pilotlar kimi, İsrailə doğru istiqamətlənən pilotsuz təyyarələri vururlar. ABŞ-nin THAAD raket batareyaları Tel-Əviv və onun ətrafındakı ərazini qorumağa kömək edir. Həmçinin Aralıq dənizində olan “Aegis” raket əleyhinə müdafiə sistemi ilə təchiz edilmiş ABŞ gəmiləri də bizə kömək edir", - Baş nazir söyləyib.