Rafael Fiziyev: Buna görə çoxlu cinayət işi açıla bilər

Bölmə: Dünya › ,
Tarix: 22:12 15.06.2025

UFC döyüşçüsü Rafael Fiziyev Qırğızıstan əvəzinə Azərbaycanı təmsil etməyə başlamasının səbəbini açıqlayıb.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, 32 yaşlı idmançı bu barədə SHMS yutub kanalına müsahibəsində danışıb.

 

Fiziyev Qazaxıstanda anadan olub, lakin uşaqlığını və gəncliyini Qırğızıstanda keçirib. O, 2021-ci ildə şiələrə olan zülmə görə bu ölkədən imtina edərək Azərbaycan adından döyüşməyə başlayıb.


"Qırğızıstanda bu (dini) zəmində insidentlər və təqiblər var idi. Qırğızıstanın Dini Birliyi düşüncəsiz şəkildə mənim inancıma və mənə qarşı çıxıb. Savadsız fanatiklər isə mənə nifrət dolu münasibət göstərməyə başlayıblar. Bu nifrətə heç kim reaksiya da verməyib...


Buna görə çoxlu cinayət işi açıla bilər. Hakimiyyət diqqət göstərməyib, ictimaiyyət isə dəstəkləməyib. Deməli, bura mənim deyil, mənim evim deyil. Çünki belə bir nifrət qarşılığında dəstəksizsən. Tarixi vətənimin olduğu, mənim kimi insanların yaşadığı yerə getməyi seçdim. Hər şey belə olub", - deyə Fiziyev bildirib.