Cəbrayılda sümük qalıqları tapılıb

Bölmə: Sosial › ,
Tarix: 10:28 21.06.2025

Cəbrayıl rayonunda qazıntı işləri aparılarkən insana məxsus olması ehtimal edilən sümük qalıqları tapılıb.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, insan skeletinə oxşar sümük fraqmentlərinə rayonun Dərzili kəndi ərazisində aşkarlanıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.