Azərbaycan və Pakistan qarşılıqlı sərmayələri fəal təşviq edəcəklər

Tarix: 18:39 04.07.2025
Azərbaycan və Pakistan qarşılıqlı sərmayələrin fəal təşviqi və ölkələrin biznes subyektləri arasında tərəfdaşlığın perspektivlərini müzakirə edib.
"İnformator.az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşmək xoş olub.
İkitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, qarşılıqlı sərmayələrin fəal təşviqi və ölkələrimizin biznes subyektləri arasında tərəfdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük”, - deyə M.Cabbarov bildirib.