Yeni “iPhone” belə olacaq

Bölmə: Maraqlı › ,
Tarix: 11:25 04.03.2016

Apple hələ iPhone 7-i rəsmi olaraq nümayiş etdirməsə də 2017-ci ilin “iPhone”unun əhəmiyyətli dəyişikliklərinin olacağı ilə şaiyələr var.

İnformator.az xəbər verir ki, “Nikkei” agentliyinin məlumatına görə, 2017-ci ildə çıxacaq “iPhone” 7S-də LCD ekran texnologiyasından OLED texnologiyasına keçiləcək. OLED ekran daha parlaq olacaq və eyni zamanda daha incə olacaq. “Apple”in daha əvvəl “Apple Watch”da istifadə etdiyi OLED ekranlar tünd qara rəngə sahib olduğu kimi istifadə edilməyən pikselləri bağlayaraq enerjiyə qənaəti təmin edə bilir.

“Samsung”un yeni istehsalı Galaxy S7 və Galaxy S7 Plus AMOLED ekranları sayəsində ekranın bir qismini davamlı olaraq açıq saxlaya bilir və bu hissədə saat, tarix, bildirişlər kimi məlumatları göstərə  bilir. LG G5 LCD ekran istifadə edilməsinə rəğmən oxşar bir funksiya təqdim edir. “Apple” da bu funksiyanı iki sonrakı “iPhone”nuna əlavə edə bilər.