İran niyyətini təsdiqləyib

Tarix: 20:18 24.06.2025
İranın Ali Milli Təhlükəsizlik Şurası İsraillə atəşkəs rejimini təsdiqləmək qərarını açıqlayıb. Şuranın bəyanatında deyilir ki, İsrail və onun tərəfdarlarına qarşı hərbi əməliyyatların dayandırılması rejiminin tətbiq edilməsinə dair milli qərar qəbul edilib. Bununla yanaşı, Tehran qarşı tərəfin atəşkəs rejimini pozan istənilən hərəkətinə qarşı qətiyyətli və çəkindirici cavab verməyə hazırdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elman Vəliyev bildirib ki, İran Amerikanın və İsrailin şiə məzhəbinə məxsus bir əlidir:
"Bu, 30 həftə belə davam edib. Amerikanın strateji planını özündə əks etdirir. Müharibə əslində sadəcə bir göstəriş üçündür. Böyük bir oyundur. Bu hadisələr bizə sadəcə münaqişə kimi təqdim olunur və biz də buna inanmağa məcburuq. Müharibənin başlamasına səbəb olan da, atəşkəsi bağlatdıran da Amerika olub. Amerika əslində tərəfsizlik nümayiş etdirməlidir. Hizbullah və Həmas münaqişə dövründə heç bir dəstək göstərmədilər. Bu da strateji oyunların açarıdır".
Aygün Babayeva