Türkiyədə “İslam ordusu” ilə bağlı müzakirə keçiriləcək

Bölmə: Dünya › ,
Tarix: 11:29 11.04.2016

İslam Əməkdaşlıq Təşkilatının liderlər sammitindən əvvəl Ankaraya gələcək Kral Salmanın Türkiyədə ən vacib gündəm movzusu İslam Ordusu olacaq.

İnformator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə 14 apreldə İstanbulda başlayacaq 13-cü İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Liderlər sammitindən üç gün əvvəl, sabah Ankarada Səudiyyə Ərəbistan Kralı Salman ibn Əbdüləziz əl-Səudu qarşılayır. Kral Salmanın müzakirə edəcəyi mövzular arasında İslam Ordusu, Suriya, İraq, Yəmən və Livandakı terrorla mübarizə var. Kral Salmanın Misirin ardınca Türkiyəyə etdiyi ziyarətdə önəmli məsələlərdən biri də bölgədəki enerji dəhlizinin təhlükəsizliyidir.