İstirahət mərkəzində faciə

Tarix: 10:34 03.07.2025
Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib.
"İnformator.az" Ient.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsinin ərazisində yerləşən “Golden Beach” istirahət mərkəzində qeydə alınıb.
Orada fəhlə işləyən, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.