Dünya Çempionatında 1/4 finalın bütün cütləri bəlli olub

Bölmə: İdman › ,
Tarix: 17:02 04.07.2025

 

"Bu çempionat haqqında danışarkən ümumi futbol ictimaiyyətində birmənalı yaxşı qarşılanmayıb. Onu da qeyd etmək lazımdır ki, çempionatın gediaşındakı oyunlara da bir nəzər salsaq görərik ki, klublar bu oyunlarda 100% əmək qoymayıb, bir az laqeyd yanaşıblar. Əsas səbəbi isə futbolçuların il ərzində həddindən artıq oyun keçirmələri, ələlxüsus da topsəviyyəli klublarda "Liverpul" , İtaliya, İspaniya olsun, bu klublar həm Çempionlar Liqası, həm daxili çempionat, daxili kubok oyunları və İngiltərədə ümumiyyətlə 2 əlavə kubok oynayırlar".

 

Bu sözləri veteran futbolçu Aslan Kərimov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu azmış kimi komandanın üzvləri həm də milli komandanın üzvləri olduğuna görə bir də milli heyətdə Avropa Çempionatının seçmə mərhələsində və s. iştirakı futbolçuları il ərzində yorub:


"Onların bu oyunlarda iştirakı səhətlərində öz neqativ izini buraxır, zədələrlə bağlı çox əziyyət çəkirlər. Məşqçilər də bundan çox gileylənirlər, çünki əsas yerlərdə oynamaqdan ötrü oyunçulardan rotarsiya eləmək imkanları azalır. Bu baxımdan bəzi komandalar bundan imtina ediblər.
Qalan komandalar isə əslində "Liverpul" bu turnirdən imtina edib, bəziləri heç gəlmək istəməyiblər. Digər tərəfdən "Barselona"nın bu turnirdə yüngül oynaması, bura gəlib çıxmaması və s. komandaların o qədər də ciddi yanaşmamasına səbəb olub. Amma ümumi 1/4-ə baxası olsaq: "Əl-Hilal" və "Fluminense" nə qədər oynayacaq, vuruşacaq bunu bilə bilmərik. "Fluminense" Braziliya təmsilçisi bəlkə bir balaca qabaqda görsənə bilər, ki, bu cütün finala adlamaqdan, yarımfinala çıxmaqdan ötrü komandanın şansı daha çoxdur. "Palmeyras" və "Çelsi" bu turnirin Avropa komandalarıdır. Ümumi turnirin tarixinə baxası olsaq, çox zaman Avropa təmsilçiləri kuboku götürüblər. İndi də "PSJ" və "Bayern" mübarizəsindən "PSJ" Çempionlar Liqasını götürməklə yanaşı, bu il ən güclü komanda olaraq sayılır".


Müsahibimizin sözlərinə görə, həm də mövqe cəhətdən bütün mövqelərdə ən yaxşı komplektləşən şəkildədir:


"Bu da ona əsas verir ki, istənilən bir turnirin favoriti olsun. Amma bu turnirə necə hazırlaşacaqlar, 100% oyun göstərəcəkmi artıq bunu deyə bilmərəm. Çünki bilirəm ki, komandalar bu istiqamətdə bir az boş yanaşırlar. Digər tərəfdə "Real Madrid" və "Borusiya" arasında da mübarizə olacaq. Burada İspaniya təmsilçisi "Real Madrid" daha şanslı görsənir, çünki Dortmund çempionat boyu o qədər də oyunlarda yaxşı deyildilər, çoxlu sayda xal itirib. Amma hər halda burada kimin yarımfinala çıxacağını müəyyən etmək çətindir. Burada komandanın potensial gücü yox, daha çox bu oyuna nə qədərini sərf edəcəyi önəmlidir. Mən ümumi olaraq "PSJ"nin çempion olmaq şansını dəyərləndirirəm. Bu turnirin gələcəyə təsiri isə negativ olacağını düşünürəm. Çünki baş məşqçilər çox kəskin etirazlar bildiriblər. Maliyyə məsələsi də var, komandalara bu mövzuda daha çox xeyirdir. Ona görə də klubun prezidentləri belə yarışlarda iştirak eləmək tərəfdarıdırlar".


Zəhra Möhübbətova