Andrey Bədəlov Moskvada ölü tapılıb

Tarix: 12:10 04.07.2025
"Transneft" şirkətinin vitse-prezidenti Andrey Bədəlov Moskvada ölü tapılıb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Mash" Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, o, bu gün səhər saatlarında Rublevskoye şosesində yaşadığı mənzilin pəncərəsindən yıxılaraq ölüb.
İlkin məlumata görə, A.Bədəlovun ürəyində problemlər olub. Onun cansız bədənini yaşadığı binanın nəzarətçisi aşkar edib. O, A.Bədəlovun üzərindən holter cihazı (holterdən ürək ritminin və ürək döyünmələrinin tezliyini ölçmək üçün istifadə edilir) aşkar edilib.