Nepalda daşqın və torpaq sürşmələri 33 nəfərin həyatına son qoyub

Bölmə: Dünya › ,
Tarix: 10:48 27.07.2016

Nepalda şiddətli yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşməsi 33 nəfərin ölümünə səbəb olub.

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, mövsümi yağışlar çayların məcrasından daşmasına, daşqınlara, torpaq sürüşməsi isə evlərin dağılmasına səbəb olub. Dağılmış məktəbdə 2 uşaq ölüb.

“Bazar ertəsindən etibarən 33 nəfər ölüb, 23 nəfər itkin düşüb”, - yerli nazirliyin sözçüsü “AFP”ə müsahibəsində deyib.

Xilasedicilər insanları xilas etmək üçün helikopter və qayıqlardan istifadə edir.

Nepalda və qonşu Hindistanda hər il daşıqnlar və torpaq sürüşməsi səbəbi ilə yüzlərlə insan vəfat edir.