Ağ Evdə UFC döyüşü keçirəcəyik-Tramp

Tarix: 18:23 04.07.2025
ABŞ Prezidenti Donald Tramp ölkənin 250-ci ildönümünü qeyd etmək məqsədilə 2026-cı ildə Ağ Ev ərazisində UFC çempionluq döyüşünə ev sahibliyi edəcəklərini bildirib.
ABŞ Prezidenti Tramp Ayova ştatının Des Moines şəhərində keçirilən “America 250” mitinqində çıxış edib. Tramp çıxışı zamanı Ağ Ev ərazisində Ultimate Fighting Championship (UFC) döyüşü keçirməyi planlaşdırdıqlarını deyib. “Orada çox geniş bir ərazimiz var. 20-25 min insanın izləyəcəyi tam təchizatlı bir döyüş olacaq. Təsəvvür edin, Ağ Ev ərazisində UFC döyüşü keçirəcəyik,” – deyə Tramp bildirib.
Vaşinqtondakı Milli Parkda böyük bir festivalın təşkil olunacağını da qeyd edən Tramp, ölkə üzrə lisey şagirdlərinin iştirak edəcəyi ayrıca idman yarışının keçiriləcəyini də açıqlayıb.
MƏNBƏ: CNN TÜRK
Solmaz Muradova