Elmar Məmmədyarov Almaniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Bölmə: Siyasət › ,
Tarix: 18:10 04.08.2016

Xarici İşlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Republikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Kindsqrabı qəbul edib.

Nazirlikdən verilən məlumata görə, Elmar Məmmədyarov səfir Mixail Kindsqrabı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı. Səfir etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etdi.

Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətarfında fikir mübadiləsi aparıldı.